Bakıda anası 16 yaşlı qızı evdən qovdu
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Qaradağ rayonunda ana 16 yaşlı qızını evdən qovub.
BAKU.WS xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, gənc qız rayonun Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alır. Hazıda qız müxtəlif ünvanlarda gecələməli olur.
Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov qeyd edib ki, məsələ aidiyyatı üzrə yönləndirilib. Qurumun diqqətindədir.
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...