Bakıda ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda bir nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtoqəza Rəşid Behbudov küçəsində baş verib.
Belə ki, yol kəsişməsində “Mercedes” markalı avtomobili idarə edən sürücü “KIA” markalı maşına çırpılıb. Toqquşma zamanı ““KIA” markalı maşnın sərnişini ölüb, sürücüsü isə ağır xəsarət alıb.
“Mercedes” markalı avtomobildə olan iki nəfər də ağır xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Qalereya
Oxşar xəbərlər
Rəşid Behbudovun anım günüdür
SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı Rəşid Behbudovun anım günüdür. Görkəmli Azərbaycan müğənnisi 1915-ci ilin 14 dekabrında Ti...