Bakıda ağır QƏZA: Taksi skuter sürən gənci VURDU
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonu ərazisində hərəkətdə olan avtomobil skuter sürən 17 yaşlı şəxsi vurub. Nəticədə xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib.
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.
"Faktla bağlı araşdırmalar aparılır, hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən müəyyən olunub və müvafiq tədbirlər görülür", - deyə E. İbrahimov vurğulayıb.
***15:09
Bakıda ağır yol qəzası baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Parlament prospektində maşınla skuter sürən yeniyetmə toqquşub.
Qeyd edilir ki, qəza törədən maşın taksi fəaliyyəti göstərirmiş.
Hadisə yerindən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....