Bakıda ağır qəza: "Pikap"ın aşması tıxaca səbəb oldu - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, "Dədə Qorqud" parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir.
Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
***08:33
Bu gün səhər saatlarında Bakıda, Azadlıq prospekti və Bakıxanov küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə zamanı sürücü idarəetməni itirərək “Mitsubishi" markalı avtomobili aşırıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu yollar tıxacdır - SİYAHI
Bakıda sıxlıq olan yollar açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat...