Bakıda ağır qəza - "Opel" aşaraq yolu kəsdi - VİDEO

Bakıda ağır qəza - Opel aşaraq yolu kəsdi - VİDEO
Video
Hadisə 252

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində minik maşınlarından biri üzü üstə aşıb.

Belə ki, 99-AH-319 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ötmə əməliyyatı yerinə yetirərkən qarşıda gedən 99-TT-998 dövlət nömrəli "KİA" markalı maşının arxa təkərinin üzərinə çıxıb. Toqquşma nəticəsində "Opel" aşaraq yolu kəsib.

Hadisə yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər