Bakıda ağır qəza - Ölən var

Bakıda ağır qəza - Ölən var
Hadisə 4

Bakı şəhərinin Qaradağ rayonunda “İsuzu” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “İsuzu” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər