Bakıda ağır qəza: Minik avtomobili “Baku Bus”la toqquşdu - FOTO/VİDEO

Ötən gün Bakıda daha bir yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, səhər saatlarında baş verən qəza paytaxtın Azadlıq prospektində qeydə alınıb. Bu haqda BAKU.WS-in "qaynar xətt"inə bildirilib.
Hadisə şahidinin sözlərinə görə, qara rəngli "Chevrolet" markalı minik avtomobili həmin ərazi üzrə hərəkət edən “Baku Bus” avtobusu ilə toqquşub.
Qəza nəticəsində maşının ön hissəsi tamamilə yararsız hala düşüb. Avtobusun arxa hissəsi də zədələnib. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. Yaralanan və xəsarət alanlar barəsində məlumat verilməyib.
Hazırda qəzanın baş vermə səbəbi araşdırılır.

Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...