Bakıda ağır QƏZA - "BakuBus"la zibil maşını toqquşdu

Bakıda ağır QƏZA - BakuBusla zibil maşını toqquşdu
Açıqlama Video
Hadisə 222

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə bu gecə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu zibil daşıyan maşınla toqquşub. Avtobusa ciddi ziyan dəyib.

Qəza ilə bağlı BAKU.WS-ə "BakuBus" MMC-nin Mətbuat xidmətindən bildirilib ki, hadisə dumanlı hava şəraiti səbəbindən baş verib:

"Ötən gecə, saat 23:20 -də, BakuBus MMC-nin istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə  Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Sürücünün ilkin məlumatına əsasən, hadisə dumanlı hava şəraiti səbəbindən baş verib". 

"Hadisə zamanı avtobus KamAZ markalı yük avtomobili ilə toqquşub. Avtobusda olan iki sərnişindən  hər hansı biri xəsarət almayıb. Nəqliyyat vasitəsini idarə edən sürücü , Ələkbərov Balağa yüngül xəsarət alıb və dərhal təcili tibbi yardım vasitəsilə Sabunçu Şəhər Xəstəxanasına aparılıb. İlkin tibbi müdaxilədən sonra sürücü ambulator müalicə üçün evə buraxılıb.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - qurumun açıqlamasında qeyd olunub.

Son xəbərlər