Bakıda ağır qəza - 3 avtomobil toqquşdu - VİDEO

Bakıda ağır qəza - 3 avtomobil toqquşdu  - VİDEO
Video
Hadisə 549

Bakının Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında avtomobil qəzası baş verib.

BAKU.WS İctimai TV-yə istinadən xəbər verir ki, "Ford" markalı yük avtomobili "Hyundai" markalı minik maşını ilə toqquşub.

Daha sonra "Hyundai" markalı minik maşını BMW markalı maşına dəyib. Avtomobillərin hər üçü yararsız hala düşüb.

"Ford" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb. Onu dərhal xəstəxanaya aparıblar.

Hadisə Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər