Bakıda ad günü məclisi keçirilməsinin qarşısı alınıb, 46 nəfər cərimələnib

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək ad günü məclisi təşkil edilməsinin qarşısını alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.
Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orada olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib.
Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib. Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.
Oxşar xəbərlər
Zərdabda ad günü məclisi təşkil edənlər saxlanılıb
Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata gö...
