Bakıda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakıda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
Hadisə 46

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

***17:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər