Bakıda 8 yaşlı məktəbli intihar etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.
R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...