Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Hadisə 112

Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb.

1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətə yetirib.

Zahid İsayev tutularaq istintaqa təhvil verilib.

Oxşar xəbərlər

"20 Yanvar" dairəsində yaranan sıxlıq aradan qaldırılıb

"20 Yanvar" dairəsində yaranan sıxlıq aradan qaldırılıb

Bakıda avtomobilin yükünün yola dağılması nəticəsində yaranan tıxac aradan qaldırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkə...

231 Hadisə 22:54 27 noyabr 2025

Son xəbərlər