Bakıda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Qeyd olunub ki, həmin dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Yoxlama zamanı Yasamal rayonunda bir, Nizami rayonunda üç, Binəqədi rayonunda isə iki dönərxananın fəaliyyətində nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş...