Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb
Bakının Xəzər rayonunda 46 yaşlı kişi qətlə yetirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir
Gəncədə bıçaqlanma hadisəsi olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Esmira Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya...