Bakıda 46 yaşlı qadının meyiti evində tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, müraciətlə əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu təcili xilasetmə tədbirlərinin görülməsi üçün həmin ünvana cəlb olunub. Təlimata uyğun həyata keçirilən tədbirlər nəticəsində giriş qapısı açılıb və mənzilə baxış keçirilib.
Mənzildə aşkarlanan 1974-cü il təvəllüdlü Səfərova Mətanət Tofiq qızının meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb - YENİLƏNİB
Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar t...