Bakıda 4 yaşlı qız qətlə yetirilərək quyuya atılıb - VİDEO
Bakının Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə quyudan meyiti tapılan 4 yaşlı qızın qətlə yetirildiyi məlum olub.
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məryəm Hüseynli öldürülüb quyuya atıldıqdan sonra izi itirmək məqsədilə üzərinə qum və daha sonra mişar daşı tökülüb. Xilasedicilər onun meyitini dərinlikdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində tutulub.Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT - 4 yaşlı qızı öldürüb, üstünə "kubik" atdılar
Yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyitinin tapılması ilə bağlı xəbər vermişdik. BAKU.WS “publika...