Bakıda 4 avtomobil toqquşub, taksi sürücüsü xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda yolların kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Ağadadaş Qurbanov və Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində baş verib.
Belə ki, xanım sürücü idarə etdiyi "Nissan" markalı avtomobillə yol kəsişməsindən keçərkən "Toyota" , "BYD" və "Mercedes" markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində "Toyota" markalı avtomobillə taksi fəaliyyəti göstərən Tofiq Mürsəlov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın günahkarı ekspertlər tərəfindən müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra bilinəcək.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...