Bakıda 34 yaşlı şəxs kafenin qarşısında bıçaqlandı
21
okt
2022
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi olub.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən “Qartal” kafesinin qarşısında qeydə alınıb.
31 yaşlı Ömərov Fərruz Xəlil oğlu burada 34 yaşlı Pənahov Elvin Valeh oğluna bir ədəd bıçaq zərbəsi vurub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Ömərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...