Bakıda 3 uşaq anası ilə sevgili olan Fərhadın dəhşətli cinayəti

Bakıda 3 uşaq anası ilə sevgili olan Fərhadın dəhşətli cinayəti
Hadisə 1173
Bakı Ağır Cinayətlər Məhkəməsində üç uşaq anasını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. F.Abuşov özünü təqsirli bilib. Məhkəmədə sərbəst ifadə verən şəxs əməlindən peşman olduğunu deyib. O ifadəsində bildirib ki, K.Musayeva ona ayrılmaq istədiyini bildirdiyinə görə, aralarında mübahisə yaranıb və ona bıçaq zərbələri vurub.Proses sentyabrın 17-də davam edəcək.Qeyd edək ki, hadisə bu ilin iyun ayında Səbail rayonu Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Araşdırma zamanı K.Mikayılovanın qeyri-rəsmi münasibətdə olduğu Abuşov Fərhad Cəlal oğlu tərəfindən öldürüldüyü məlum olub.Faktla bağlı F.Abuşova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər