Bakıda "28 Mall"da oğurluq
22
apr
2019
09:40
Bakıda ticarət mərkəzində oğurluq edən şəxs yaxalanıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzində baş verib.Ticarət mərkəzinə daxil olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Fərid Abdulhadi mərkəzdəki mağazalardan birindən bahalı gödəkçəni geyinərək hadisə yerindən qaçıb.Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abdulhadi saxlanılıb.Məlum olub ki, F.Abdulhadi əvvəllər məhkumluq həyatı yaşayıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Avtomobillərdən oğurluq edən saxlanıldı
Avtomobillərdən oğurluq edən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi rayonu ərazisində avtomo...