Bakıda 27 yaşlı oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı sahə rəisi məsuliyyətə cəlb edilib
"Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib.
Amma sahə rəisi həbs edilməyib. Məhkəməyə qədər onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Hazırda prokurorluqda toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşi hakim Gültəkin Əsədova araşdıracaq.
Qeyd edək ki, Cümşüdün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.
Oxşar xəbərlər
Uçuş aparatı ilə 33 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlum...