Bakıda 24 yaşlı oğlanı güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kosayevi güllələyərək qətlə yetirməkdə təqsirləndirilən 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Onun sözlərinə görə, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub
Abşeron rayonu Xırdalan şəhərində "Zaporojets" markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfində...