Bakıda 22 yaşlı gənc bıçaqlandı
07
iyn
2021
22:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi olub.
BAKU.WS “Report”a istindən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Bayraq parkında (keçmiş Musabəyov parkı) 1999-cu il təvəllüdlü Qədimzadə Məhəmməd Yusif oğlu ilə tanımadığı şəxs arasında mübahisə baş verib. Mübahisə zamanı naməlum şəxs M.Qədimzadəyə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası və sol saidin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 16, 17 və 18 yaşlı oğlanlar bıçaqlandı
Bu gecə Bakının Sabunçu rayonunda üç nəfər bıçaq xəsarəti alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 200...