Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı
Hadisə 298

Bakıda qadının kirayə qaldığı evdə meyiti tapılıb.

BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da baş verib.

1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib.

Qayınanası bildirib ki, onun meyitini hamamda dəm qazından boğularaq ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər