Bakıda 2 yaşlı uşaq binanın 11-ci mərtəbəsindən xilas olunub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbeşmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Oxşar xəbərlər
Rüşvətə görə həbs olunan sabiq zabit barəsindəki hökmdən narazıdır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin b...