Serbiya prezidenti Azərbaycana gəlir - Tarix AÇIQLANDI
"Serbiya Prezident Aleksandr Vuçiç 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək".
BAKU.WS xəbər verir ki, bu barədə report-a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.
O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.
Səfirin sözlərinə görə, Serbiya prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:
"Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib".
Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepa...