Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var - FOTO
08
yan
2024
08:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.
Əsas yolda hərəkətdə olan “Chevrolet” markalı minik avtomobilinin yoluna “Toyota Prius” markalı nəqliyyat vasitəsi çıxıb. Nəticədə qəza qaçılmaz olub.
Hadisə zamanı avtomobillərə və yol infrastrukturuna ciddi ziyan dəyib. “Toyota Prius”un sürücüsü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...