Bakıda 19 yaşlı gənc qətl törədib
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 31-i saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...