Bakıda 18 340 manatlıq avtomobil ehtiyat hissələri oğurlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda anbardan 18 340 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən anbarda qeydə alınıb. Belə ki, anbardan 18 340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 8500 manatlıq velosiped və 2400 manatlıq moped oğurlanıb
Bakıda 8500 manatlıq velosiped oğurlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Po...