Bakıda 17 yaşlı qız itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 17 yaşlı qız itkin düşüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edərək qızı, 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, həmin gündən bəri qızı barədə məlumat ala bilmədiyini qeyd edib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.
"Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
“Qayınatam yanıma uzanıb dedi ki...” - Dəhşətli qətlin təfərrüatları – FOTO
2020-ci il avqustun 31-də Biləcəri qəsəbəsində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsindən Binəqədi rayon prokurorluğu...