Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən ataraq intihar edib - YENİLƏNİB

Bakıda yeniyetmə intihar edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
***08:24
Bakıda yeniyetmə intihara cəhd edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Arvadı və qızının ölümünə səbəb olduğu iddia edilən Rəhman Niftəliyev danışdı - YENİLƏNİB - VİDEO
Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev sosial şəbəkədə açıqlama verib. BAKU.WS xəbər verir ki, R...
