Bakıda 12 və 14 yaşlı qızlar ərəbin başına oyun açdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ərəb turistin cibindən pul oğurlanıb.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırma zamanı pulu oğurlayan şəxslərin yeniyetmə qızlar olması müəyyən edilib.
Belə ki, Səbail RP 39-cu Polis Bölməsinə fevralın 13-ü saat 14 radələrində Bülbül prospekti 18A-nın qaşısında Səudiyyə Ərəbistanından olan turist Alrashidi Bader Yousefin cibindən 1000 dollar oğurlanması barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Yevlax rayon sakini olan 12 və 14 yaşlı iki qız tərəfindən törədilməsi müəyyənləşdirilib.
Hər iki qız polis tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...