Bakıda 12 min manatlıq oğurluqda təqsirləndirilən şəxslər saxlanılıblar

18
iyl
2025
15:25
Xəzər rayonu ərazisində yerləşən 2 evdən və 1 torpaq sahəsindən 12 min manat dəyərində naqil və inşaat materialları oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə.Balayev və 27 yaşlı E.Ağayev saxlanılıblar.
Binəqədi rayonunda isə bir nəfərə məxsus "Azsamand" markalı avtomobili qaçırmaqda şübhəli bilinən 27 yaşlı F.Ağayev və 25 yaşlı E.Əhmədov da saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" QƏZAYA SƏBƏB OLDU
Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Mehdi Mehdizadə küçəsində qeydə alınıb. Hadi...