Bakıda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
03
iyl
2026
16:55
Bakının Nəsimi rayonunda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xarkovda faciəli şəkildə ölən Fatimənin yaxınlarından ürəkdağlayan sözlər: "O bizim mələyimiz idi"
İyunun 29-da Rusiyanın Ukraynaya hücumu zamanı raket zərbələri nəticəsində həyatını itirən 23 yaşlı azərbaycanlı Fatimə Hüseynovanın nəşi iyulun 2-də axşam saat...