Bakıda "07" ilə "avtoşluq" edən sürücü həbs olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan şəxs həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik-leytenant Rövşən Tağıyev məlumat yayıb.
O, bildirib ki, Bakı şəhər sakini Şəmsi Vəliyev idarə etdiyi “VAZ 21074” markalı avtomobillə Xətai rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Xətai rayon DYP əməkdaşları tərəfindən saxlanılıb və müvafiq sənədləşdirmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.Vəliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...