Bakı-Tbilisi aviareysləri hava şəraitinə görə gecikmə ilə yerinə yetirilib
30
avq
2023
09:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gündən etibarən Gürcüstanın paytaxtı Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.
BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.
Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.
Oxşar xəbərlər
AZAL-ın gecikmiş Bakı-İstanbul reysi baş tutub - YENİLƏNİB
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçirilən və texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri saat 13:46-da dig...