Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN

Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN
Foto Video
Hadisə 72

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Bakı - Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 650kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m. olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m. olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m. sahədə və bitişik sahəsi 120 kv.m. olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m. sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış "İsuzu" markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.

Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı

Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qab...

76 Hadisə 23:12 18 sentyabr 2026

Son xəbərlər