Bakı-Sumqayıt yolunda kobud qayda pozuntusu: Sürücü cəzalandırıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunda avtomobilini hərəkətin əks istiqamətində idarə edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücünün kimliyi müəyyən edilib.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
"Bakı-Sumqayıt yolunda hərəkətin əks istiqamətinə hərəkət edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan "Mitsubishi Lancer" markalı 01-AD-045 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Abşeron rayon sakini Sünhan Nəsirov YPX əməkdaşları tərəfindən aşkar edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4. maddəsi ilə protokol tərtib edilib.
O, 100 manat (4 bal) məbləğində cərimə edilib", - R. Tağıyev bildirib.
Oxşar xəbərlər
Paytaxtda narkotik aludəçisi olan taksi sürücüləri saxlanılıb
Ötən gün Bakının Sabunçu rayonunda keçirilən reyd zamanı dörd nəfərin narkotik vasitənin, iki nəfərin isə spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi...