Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
16
okt
2024
08:39
Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyatı hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan "Nissan" markalı maşına çırpıb.
Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb.
Hadisə nəticəsində "Toyota" markalı maşında olan sərnişin xəsarət alıb.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...