Bakı-Sumqayıt şosesində qəza tıxaca səbəb olub - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt şossesində tıxaca səbəb olan və 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan qəbirstanlığının qarşısından keçən hissəsində qeydə alınıb.
“Daewoo” markalı minik avtomobilinin sürücüsü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarındakı maneəyə, sonra “Hyundai” markalı maşına çırpılıb. Qəza zamanı 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.
Yolda yaranan uzunmüddətli tıxac yaranıb. Əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşlarının mçüdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO
Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtomobil qəzası Cavadxan küçəsində baş verib. Belə...