Bakı-Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc ölüb
İyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor sahəsində hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəflətən bir nəfər gənc çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki,"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev həyatını itirib.
"Bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırırıq. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur. Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Oxşar xəbərlər
Məmmədlidə sakinlər kömək gözləyir - Ərazidə zəhərli heyvanların peyda olduğu iddia edilir
Baku TV-də Abşeron rayonunun Məmmədli qəsəbəsində bir neçə gün əvvəl gölün səviyyəsinin qalxması nəticəsində fərdi yaşayış evlərinin və küçələrin su altında qal...