Bakı-Sumqayıt qatarı qadını vurdu
02
okt
2019
10:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova BAKU.WS-ə məlumat verib.Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib.Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb.Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qatarla yük maşınının toqquşma səbəbi məlum oldu - RƏSMİ AÇIQLAMA
Bu gün saat 08 radələrində Osmalı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə “Azərbayca...