Bakı-Şamaxı yolunda yük avtomobili yanıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı 77-JE-022 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yük avtomobilinin mühərrik hissəsi və elektrik avadanlığı yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Sumqayıtda şadlıq sarayındakı yanğın söndürüldü - FOTO/VİDEO - YENİLƏNİB
Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən s...