Bakı-Şamaxı-Yevlax yolunda qəza - Maşın dərəyə aşdı - VİDEO

Bakı-Şamaxı-Yevlax yolunda qəza - Maşın dərəyə aşdı - VİDEO
Video
Hadisə 35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu (Bakı-Şamaxı-Yevlax yolunun 105-ci kilometrlik hissəsi) ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “RAVON” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş D.Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Son xəbərlər