Bakı sakinini döyüb, pulunu əlindən aldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakini döyülüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub.
E.Muradov şübhəli şəxs qismində tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanlı milyarder axtarışa verildi - Ləqəbi “Banan Elçin”dir
Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin müstəntiqləri "Aysel” və "AyBaRus” şirkətlərinin sahibi, azərbaycanlı iş adamı Elçin...