Bakı sakini restoranın səsindən təngə gəldi - Qanun nə deyir?

Bakının Xətai rayonu, Lütfi Zadə küçəsi 24 ünvanında yaşayan sakinlər səs-küydən narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, gecə saatlarında ərazidə yerləşən restorandan yüksək musiqi səsləri gəlir, buna görə də sakinlər yay olsa belə pəncərələrini aça bilmirlər:
"Restorandan gələn səs-üy azmış kimi bəzən çölə çıxıb davul çalırlar, arabir dava belə düşür. Gecə saat 3-4 demədən səslər gəlməyə davam edir", - deyə sakin vurğulayıb.
Məsələnin qanuni tərəfləri ilə bağlı BAKU.WS-ə açıqlama verən DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı daxil olmuş müraciətlər əsasında gecə saatlarında vətəndaşların istirahətinə mane olan hallara qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilir.
"Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salan, ucadan mahnı oxuyan, musiqi alətlərini ucadan ifa edən, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxudan, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar", - E. İbrahimov qeyd edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib
Zəngilan rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbu...
