Bakı sakini nişanlandı, görüşdüyü qadın tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər rayonu 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində altı ay əvvəl cinayət törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
30 oktyabr 2019-cu ildə Xəzər rayonunun Şüvəlan qəsəbə sakini, 1991-ci il təvəllüdlü H.İsmayılov naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.
Dindirilmə zamanı zərərçəkən polis əməkdaşlarına bildirib ki, əsəblərinə hakim ola bilməyərək özünə xəsarət yetirib.
Lakin əməliyyatçılar həqiqətin üzə çıxması üçün araşdırmaları davam etdirib və məlum olub ki, cinayəti törədən qadındır.
İlkin araşdırma zamanı aşkarlanıb ki, H.İsmayılov ərindən boşanmış Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü L.Mustafayeva ilə görüşüb.
Belə görüşlərdən birində kişi sevgilisinə etiraf edib ki, başqası ilə nişanlıdır və toya hazırlaşır. Qısqanclıq hissinə hakim ola bilməyən L.Mustafayeva mətbəx bıçağı ilə H.İsmayılovu yaralayıb.
Kişi isə görüşdüyü qadını ələ verməmək üçün polis əməkdaşlarına yalan danışıb. Lakin onun yalanı tezliklə üzə çıxıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...