Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var
Foto
Hadisə 80

Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün səhər saat 07:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 şəxs (qadın və kişi) hospitalizasiya olunub.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib

***09:00

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.

Son xəbərlər