Bakı-Quba yolunda motosikleti avtobus vurdu - ANBAAN VİDEO
 
                            30.10.2025-ci il tarixdə saat 12:00 radələrində Bakı-Quba yolunun 15-ci kilometrliyində Hyundai markalı 50-EO-865 dövlət qeydiyyat nişanlı avtobus və TVS-200 markalı 99-L-236 dövlət qeydiyyat nişanlı motosikletin iştirakı ilə baş verən qəza sonuncu nəqliyyat vasitəsinin sürücüsünün xəsarət alması ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Baş Dövlət Yol Polisi İdarəsi qanunvericiliyin tələblərini bir daha xatırladır:
Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Eyni zamanda manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Dəyərli sürücülər! Özümüzün və başqalarının həyatına biganə qalmayaq!", - deyə qurumun məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Cəzası uşağına görə təxirə salındı...
Xırdalanda "AAAF Park" yaşayış kompleksinin ərazisində ağır qəza törətmiş Zülfiyyə Padarovanın (şərti ad-soyadlı) məhkəməsi keçirilib. BAKU.WS qafqazinfo-ya ist...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    